Modern.az

Türk dünyasının birləşməsi zəruridir - Komitə sədri

Türk dünyasının birləşməsi zəruridir - Komitə sədri

Diaspor

26 Sentyabr 2023, 11:34

Böyük Türk dünyasını təmsil edən türk gəncləri bu gün tarixi zamanda Azərbaycandırlar.

 

Modern.az xəbər verir ki, bunu  “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” adlı tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

 

“Burda iştirakları üçün də Türk dünyasının gənclərinə təşəkkürümüzü bildiririk. Ümumilli lider Heydər Əliyev hər zaman Türk dünyasının birləşməsi və bir araya gəlməsi üçün çalışıb. Bildirim ki, Azərbaycan diaspor siyasətinin əsası Ulu Öndərin adı ilə bağlıdır. Əsas məqsəd xaricdə yaşayan azərbaycanlıları bir araya gətirməkdir. Bundan əvvəl də Azərbaycan Türk Dövlətlərini birləşdirən tədbirlərə ev sahibliyi edib. 


Bundan əvvəl Şuşada mötəbər tədbirimiz baş tutdu. Belə qərara gəlindi ki, Türk Dünyasının gəncləri üçün hər il belə forumlar keçirilsin. 


Çox şadam ki, ilk forum Azərbaycanda keçirilir. Növbəti illərdə də digər Türk dövlətlərində də belə forumların keçirilməsi gözlənir.

 

Türk dünyasının birləşməsi həmçinin ona görə lazımdır ki, bu gün Ermənistan tərəfindən müxtəlif ölkələrdə qarayaxma kampaniyaları aparılır. Buna görə də biz birlikdə çalışmalıyıq.


Türk dünyasının birləşməsi zəruridir. Biz eyni zamanda çətin zamanda bu ölkələrdən çox böyük dəstək almışıq və bunun üçün də təşəkkür edirik”, - Fuad Muradov qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları