Modern.az

Ümumilli lider hər zaman diaspor işinə çox önəm verib - Nazir

Ümumilli lider hər zaman diaspor işinə çox önəm verib - Nazir

Diaspor

26 Sentyabr 2023, 12:02

Ümumilli lider hər zaman diaspor işinə çox önəm verib. 

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” adlı tədbirdə deyib.

 

“O, Azərbaycan diasporunun fəaliyyətini gücləndirmək üçün Türk və İslam dünyasının birləşməsini hər zaman üstün tutub. Bu gün də Azərbaycanın mövqeyinin güclənməsi üçün diaspor fəaliyyəti hər zaman vacibdir. 

 

Qeyd edim ki, hazırda tariximizin şanlı dövrünü yaşayırıq.  Biz tarixi ədaləti bərpa etməyi bacarmışıq. Bu gün ölkəmiz inkişaf dinamikasına görə yeni bir mərhələyə keçid alır deyə bilərik. Eyni zamanda bu yolda bizim gənclərimiz də vacib rol oynayır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...