Modern.az

Diasporumuz bu il ərzində 100-dən çox piket və mitinq keçirib

Diasporumuz bu il ərzində 100-dən çox piket və mitinq keçirib

Diaspor

26 Sentyabr 2023, 12:48

“Artıq bizim diaspor təşkilatlarınızın oturuşmuş siyasəti var. Həm yaşadağı ölkələrdə millət vəkilləri ilə görüşlər keçirirlər, həm də beynəlxalq təşkilatlara daimi müraciətlər edirlər. Eyni zamanda müxtəlif ölkələrdə mitinqlər keçirirlər. Azərbaycan diasporu bu il ərzində müxtəlif ölkələrdə 100-dən çox piket və mitinq keçirib.

 

Modern.az xəbər verir ki, bunu  “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” adlı tədbirdə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

 

“Bizim bu gün əsas məsələmiz Ermənistanın mina vasitəsi ilə Azərbaycana vurduğu ziyanlardır. Bununla bağlı biz artıq üç ildir ki, BMT-nin qurumlarına müraciət edirik. Bu müraciətlər artıq sənəd kimi qəbul olunub. Artıq elə bir vəziyyətdəyik ki, biz hər vəziyyətə görə mövqe bildiririk. 


Müharibədən sonra bizdə xüsusi tezislər formalaşıb. Bunun fonunda Azərbaycan diasporu kordinasiyalı şəkildə çalışır. 


Ermənistan tərəfi son hadisələri soyqrımı olaraq qeyd edir. Biz buna qarşı da mübarizə aparırıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları