Modern.az

Diasporumuzun keçirdiyi aksiyalar artıq öz nəticəsini göstərir

Diasporumuzun keçirdiyi aksiyalar artıq öz nəticəsini göstərir

26 Sentyabr 2023, 13:12

Diaspor təşkilatlarına 44 günlük müharibədən sonra həm Laçın yolu, oradakı hadisələrlə bağlı detallı məlumat verilib və koordinasiyalı vəziyyətdə işlənir. 

 

Modern.az xəbər verir ki, bunu  “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” adlı tədbirdə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

 

"Bununla bağlı diasporumuz məlumatlandırma xarakterli aksiyalar keçirib. Belə aksiyalardan biri BMT-nin ofisi qarşısında baş tutub. Həmin tədbir zamanı son üç ildə basdırılan minalar və onların Ermənistanda istehsal olunması barədə məlumat verilib.


Biz çalışırıq ki, diaspor təşkilatlarımız güclü olsun. Keçirilən tədbirləri özləri həyata keçirsin. Bu, çətin prosesdir və buna doğru gedirik. Bizim diaspor təşkilatlarımızın keçirdiyi aksiyalar artıq öz nəticəsini göstərir. Amma biz çalışırıq ki, qanunlar çərçivəsində fəaliyyətimizi davam etdirək. Təkcə Snop Dogun konserti ilə bağlı sosial şəbəkələrdə yüz mindən çox şərh yazılıb. Bunların hamısı koordinasiyalı vəziyyətdə aparılır”, - o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...