Modern.az

Tallində Zəfər Günü - FOTO

Tallində Zəfər Günü - FOTO

Diaspor

10 Noyabr 2023, 19:24

Estoniyanın paytaxtı Tallində fəaliyyət göstərən Azərbaycan Evində 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycanın Estoniyadakı səfirliyinin və Tallin Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

 

Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov soydaşlarımızı və ölkəmizin dostlarını dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunmuş Zəfər Günü münasibətilə təbrik edib. 44 günlük Vətən müharibəsi barədə ətraflı məlumat verilib. Vətən müharibəsindən sonra ardıcıl həyata keçirilən siyasətin, düşmənin növbəti təxribatına cavab olaraq cari ilin sentyabr ayının 19-20-də uğurla həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq ölkəmizin suverenliyinin tam bərpa olunduğu, bu il oktyabrın 15-də ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Bayrağını Xankəndi, Xocalı, Əsgəran və Ağdərədə ucaltdığı vurğulanıb. Qarabağda hazırda bərpa-quruculuq işlərinin, Qarabağ əhalisinin firavan yaşaması üçün rahat həyat şəraitinin yaradılması prosesinin davam etdirildiyi bildirilib.

 

Tədbirdə çıxış edən Türkiyənin Estoniyadakı səfiri Başak Türkoğlu və Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Riina Solman mühüm tarixi hadisə ilə bağlı xalqımızı təbrik ediblər. Türkiyənin Azərbaycanla Qələbə sevincini bölüşdüyü, daim Azərbaycanın yanında olduğu bir daha nəzərə çatdırılıb. 
Estoniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb, Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin nəticəsində soydaşlarımızın öz torpaqlarına tezliklə qayıdacaqlarına əminlik ifadə edilib.

 

Tədbir Zəfər Gününə həsr olunmuş videoçarxın nümayişi ilə davam edib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir