Modern.az

Helsinki şəhərində Zəfər və Bayraq günləri - FOTOLAR

Helsinki şəhərində Zəfər və Bayraq günləri - FOTOLAR

Diaspor

10 Noyabr 2023, 20:43

Finlandiyanın paytaxtı Helsinkidə Azərbaycanın Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı və Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycan, Türkiyə səfirliklərinin və Şimali Kipr Türk Respublikasının diplomatik nümayəndəliyinin müşavirləri, soydaşlarımız, yerli ictimaiyyətin və dost icmaların nümayəndələri iştirak ediblər.

 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Helsinki Azərbaycan Evinin rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru, “Azər-Türk” Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova ilk dəfə bu bayramın ölkəmizin suverenliyinin tam bərpa olunduğu şəraitdə qeyd edildiyini vurğulayıb.

 

Daha sonra çıxış edən Azərbaycanın İsveçdəki səfirliyinin müşaviri Cavanşir Məmmədov Qarabağ Zəfərinə aparan yolun başlanğıcının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Prezident İlham Əliyevin bu işi məntiqi sonluğa çatdırdığını vurğulayıb, Xankəndinin mərkəzi meydanında Zəfər Gününün 3-cü ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsini qürurverici hadisə adlandırıb.

 

Sonra Zəfər və Bayraq günlərinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

 

Bədii hissədə Azərbaycanın Əməkdar artisti Rəşad İlyasov və Helsinki Azərbaycan Evinin nəzdindəki Azərbaycan həftəsonu məktəbinin şagirdlərinin ifasında Azərbaycan bəstəkarlarının mahnıları təqdim olunub.

 

Rəşad İlyasov xarici ölkələrdə belə tədbirlərin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycanın İsveçdəki səfirliyinə minnətdarlığını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir