Modern.az

Edinburqda Zəfərimizi tərənnüm edən poeziya gecəsi - FOTOLAR

Edinburqda Zəfərimizi tərənnüm edən poeziya gecəsi - FOTOLAR

Diaspor

11 Noyabr 2023, 12:30

Şotlandiyanın Edinburq şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş poeziya gecəsi keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının təşkilatçılığı ilə Edinburq Poeziya Kitabxanasında baş tutan tədbirdə Şotlandiyanın yerli ictimaiyyətinin, əcnəbi xalqların nümayəndələri, elm-mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri və tələbələr iştirak ediblər.

 

Qonaqlar arasında Edinburq Poeziya Kitabxanasının rəhbəri Asif Xan və Şotlandiya şairəsi Şila Smit də olub.

 

Tədbir iştirakçılarını salamlayan “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının sədri Nərgiz Morrison 8 Noyabr – Zəfər Günü münasibəilə soydaşlarımızı təbrik edib, bu mühüm hadisəni Azərbaycan şairlərinin poeziyası ilə qeyd etmək istədiklərindən danışıb.   

 

“Caspian Circle” təşkilatının yaradıcısı Fuad Ələkbərov isə Azərbaycan irsinin təbliğində və ədəbiyyata marağının artmasında bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.

 

Zəfər Gününə həsr olunmuş tədbirdə Bəxtiyar Vahabzadə, Cabir Novruz, Məmməd Araz kimi Azərbaycan şairlərinin şeirləri səslənib.

 

Tədbir çərçivəsində kitabxana rəhbərliyinə görkəmli Azərbaycan şairləri və mütəfəkkirləri Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi və Səməd Vurğunun kitabları təqdim olunub. 

 

Tədbir Azərbaycan musiqisinin səsləndirilməsi ilə davam edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir