Modern.az

Odessada vətəndaşlarımıza konsulluq xidməti göstərildi - FOTOLAR

Odessada vətəndaşlarımıza konsulluq xidməti göstərildi - FOTOLAR

Diaspor

13 Noyabr 2023, 14:10

Ukraynanın Odessa şəhərində yerləşən Azərbaycan Evində vətəndaşlarımıza səyyar konsulluq xidməti göstərilib.

 

Azərbaycanın Ukraynadakı səfirliyinin və Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının birgə təşkilatçılığı ilə səyyar konsulluq xidməti 11 noyabr 2023-çü il tarixində baş tutub.

 

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq şöbəsinin bir qrup əməkdaşının saat 09.30-dan 13.30-dək keçirdiyi qəbul zamanı soydaşlarımıza ehtiyacları olan sənədlərin verilməsi və digər sahələrlə bağlı konsulluq xidməti təmin edilib, sənədləşməyə dair suallar cavablandırılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir