Modern.az

PKK liderindən Türkiyəyə həyasız təhdid

PKK liderindən Türkiyəyə həyasız təhdid

25 Aprel 2016, 12:54



Son dövrdə ağır itkilər verən PKK-nın liderlərindən Cemil Bayık BBC-yə verdiyi müsahibədə uzun və gərgin döyüşdən bəhs edib, münaqişələri artıracaqlarını söyləyib. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, terror təşkilatı PKK-nın Kandil dağındakı liderlərindən Cemil Bayık Türkiyəni həyasız bir şəkildə təhdid edib.

Türkiyənin əməliyyatlardan imtina etməməsi halında münaqişələri artıracaqlarını qeyd edən Bayık, Ankaranı diz çöktürməyə çalışmaqla günahlandırdı.  Türkiyəni parçalamaq istəmədiklərini qeyd edən Bayık, təşkilatın danışıqlara hələ də açıq olduğunu deyib.

Keçdiyimiz yaz mövsümündən bu yana ağır itkilər verən və şəhər mərkəzlərindəki dayaqlarını itirən terror təşkilatına gizli məktublarında bir neçə dəfə geri çəkilmə göstərişi verilmişdi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok