Modern.az

Ərdoğan "Trump Tower" qülləsinin adını dəyişdirməyi təklif edib

Ərdoğan "Trump Tower" qülləsinin adını dəyişdirməyi təklif edib

Dünya

27 İyun 2016, 00:42

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun işgüzar rayonunda Amerika göydələni tərzində tikilən "Trump Tower" qülləsinin adını dəyişdirməyi təklif edib. Modern.az saytı "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, buna səbəb ABŞ prezidentliyinə namizəd Donald Trampın islamofob fikirlər səsləndirməsi olub.

Türkiyə prezidentinin fikrincə, Trampın Amerikadakı müsəlmanlara qarşı dözümlülüyü yoxdur və bu səbəbdən onun adı tez bir zamanda göydələndən götürülməlidir.

Qeyd edək ki, "Tower Trump" yaşayış və biznes kompleksi 2012-ci ildə Türkiyənin "Dogan Sirketler Grubu Holding AS" şirkəti tərəfindən inşa edilib. O, 37 və 39 mərtəbəli iki qüllədən ibarətdir. Kompleks Donald Trampa məxsus şirkətdən alınan imtiyazla inşa edilib. Onun açılışında Ərdoğan özü də iştirak edib, lakin indi bunun səhv olduğunu hesab edir.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ