Modern.az

İki avtobus toqquşdu: 30 nəfər öldü

İki avtobus toqquşdu: 30 nəfər öldü

5 İyul 2016, 11:45

Tanzaniyanın mərkəzindəki Singida ərazisində iki avtobusun toqquşması nəticəsində 30 nəfər ölüb, 50 nəfər yaralanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bölgə polis komandiri Tobias Sedoyekanın verdiyi açıqlamada, Şinyanga-Darüsselam yolunda iki avtobusun toqquşması nəticəsində 30 nəfərin həyatını itirdiyini bildirib.

Sedoyeka sürücülərdən birinin qəzadan 45 dəqiqə əvvəl yüksək sürət səbəbilə polisdən xəbərdarlıq aldığını da vurğulayıb.

Avtobusların eyni firmaya aid olduğunu deyən Sedoyeka, qəzadan əvvəl avtobus sürücülərinin bir-birinə salam verməyə çalışdığını bildirib.

Tanzaniyanın cənub-qərbindəki Morogoro bölgəsində dünən meydana gələn bir başqa yol qəzasında 12 nəfər həyatını itirmişdi.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok