Modern.az

Fransalılar Sarkozinin yenidən  prezident olmasını istəmir

Fransalılar Sarkozinin yenidən  prezident olmasını istəmir

24 Avqust 2016, 00:36

Fransalıların demək olar 80 faizi Nikolya Sarkozinin yenidən prezident postuna qayıtmasını istəmir. Modern.az xarici mediaya istinadən xəbər ki, bu, Elabe şirkətinin keçirdiyi sorğu nəticəsində ortaya çıxıb.

Qeyd edilir ki, rəyi soruşulanların 54 faizi heç bir halda Sarkozinin dövlət başçısı seçilməsini istəməyib, 25 faiz “çox istəmədiyini” bəyan edib. Yalnız sorğuda iştirak edənlərin 21 faizi Sarkozinin lehinə rəyini bildirib.

Avqustun 22-23-də keçirilən sorğuda min nəfər respondent iştirak edib.

Bundan əvvəl verilən xəbərə görə, Fransanın keçmiş prezidenti Nikolya Sarkozi 2017-ci ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürmək niyyətindədir. İndiki dövlət başçısı Fransua Olland da ikinci müddətə iddialı olduğunu gizlətməyib. Ancaq o, bunu yalnız qələbəyə real şansı olduğu təqdirdə edəcək.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək