Modern.az

Tramp növbəti debatda Klintonun şəxsi həyatından danışacaq

Tramp növbəti debatda Klintonun şəxsi həyatından danışacaq

Dünya

1 Oktyabr 2016, 17:24

ABŞ prezidetliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp dövlət başçısı postuna yarışdakı rəqibi keçmiş dövlət katibi Hillari Klinton və əri Bill Klinton arasındakı münasibətləri qaldırmaq niyyətindədir.

Modern.az xarici mediaya istinadən xəbər verir ki,  milyarderin fikrincə, eks-prezidentin sədaqətsizliyi seçicilərin onun həyat yoldaşı olan namizəddən üz döndərməsinə səbəb ola bilər.

“Hillari Klinton siyasət tarixində qadınların ən böyük təhqir edən birisinə ərə gedib”, - Tramp belə düşünür.

 

Milyarder bununla əlaqədar özünün şəxsi həyatını da şərh edib. Trampın sözlərinə görə, onun təhqirlə bağlı problemi olmayıb, ancaq birinci nikahı qadın üzünüdən pozulub. Həmin qadın isə sonradan onun ikinci arvadı olub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok