Modern.az

Qatil iki polisi yaralayıb özünü öldürdü

Qatil iki polisi yaralayıb özünü öldürdü

8 Yanvar 2017, 13:28

Moskvanın cənub-şərqində qətldə şübhəli bilinən şəxs iki polisi də yaralamağa macal tapıb.

 

Modern.az Rusiya mediasına istinadən bildirir ki, yanvarın 8-də səhər Vasiltsovski Stan küçəsindəki yaşayış binalarının birinin həyətində 40-45 yaşlarında kişi meyiti aşkarlanıb.

İlkin məlumata görə, onu odlu silahla 26 yaşlı kişi öldürərək hadisə yerindən qaçıb.

 

Polis əməkdaşları mümkün şübhəlinin saxlanılması üçün əməliyyat keçirəndə həmin şəxs müqavimət göstərib.

 

O, polislərdən ikisini yaralayaraq, sonradan özünü də öldürüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok