Modern.az

İstanbul metrosunda bomba həyacanı - VİDEO

İstanbul metrosunda bomba həyacanı - VİDEO

Dünya

11 Yanvar 2017, 21:14

İstanbul metrosunda bomba həyacanı yaşanıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində “Reina” gecə klubunda qətliam törədən terrorçunun metronun Bağcılar stansiyasında olduğu xəbəri polisi hərəkətə gətirib. Belə ki, terror aktını törədən Əbdülqədir Maşaripovun "Bağçılar" metro stansiyasında görünməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumatdan sonra stansiya nəzarətə götürülüb. Stansiya ətrafında və içərisində axtarışlar davam etdirilir.

 

Şübhəli şəxsin başqa istiqamətə getməsi ehtimalı ilə əlaqədar olaraq ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Qeyd edək ki, Abdulqadir Maşaripov adlı terrorçunun gecə klubunda törətdiyi teraktda 39 nəfər həyatını itirib, 65 nəfər isə yaralanıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək