Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Fərat qalxanı" antiterror əməliyyatı davam edir.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, əməliyyatın 145-ci günündə Suriyanın şimalında İŞİD terror təşkilatının 198 hədəfi məhv edilib.
Əməliyyat zamanı həmçinin 9 terrorçunun zərərsizləşdirildiyi bildirilir.
Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı ötən ilin avqust ayından başlanılıb
Modern.az