Braziliyada məşhur "Lambada" mahnısının ifaçısı Loalva Braz faciəli şəkildə dünyasını dəyişib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Rio-de-Janeyro ştatında yanğınsöndürənlər avtomobilin yanması ilə bağlı məlumat alıblar. Hadisə yerinə gələn yanğınsöndürənlər yanmış maşından 64 yaşlı müğənninin meyitini aşkar ediblər. Avtomobilin hansı səbəbdən yandığı məlum deyil.
Qeyd edək ki, Loalva Braz 1980-ci illərin sonlarında "Lambada" mahnısına görə böyük şöhrət qazanıb. "Kaoma" fransız qrupunun solisti olan Brazın ifa etdiyi "Lambada" 80-ci illərin hitinə çevrilib.
Modern.az