Berlinin "Teqel" və "Şyonefeld" aeroportlarında tətil başlayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Həmkarlar İttifaqı tərəfindən təşkil edilən və qabaqcadan xəbərdarlıq edilmiş tətillə əlaqədar olaraq 200-dən artıq reys ləğv edilib.
Aeroportların mətbuat xidmətindən verilən məlumata görə, "Teqel"də 156, "Şyonefeld"də 54 reys ləğv edilb. Daha 12 reys Leypsiq və Drezden istiqamətinə yönəldilib.
Qeyd edək ki, oxşar tətil keçən həftə də baş vermişdi, nəticədə 130 reys ləğv olunmuşdur. Tətilçilərin əsas tələbi əmək haqlarının artırılmasıdır.
Modern.az