Modern.az

İŞİD-in hücumu nəticəsində 17 əfqan hərbçi ölüb

İŞİD-in hücumu nəticəsində 17 əfqan hərbçi ölüb

17 Fevral 2017, 20:40

İŞİD terror qruplaşmasının silahlılarının Əfqanıstana hücumu nəticəsində 17 hərbçi ölüb. Modern.az saytı “RİA Novosti” agentliyinə istiandən xəbər verir ki, insident Nanqarxar əyalətində baş verib.

Bir neçə saat davam edən döyüşdə Əfqanıstan Silahlı Qüvvələrinin 17 hərbçisi ölüb. Silahlıların 21 nəfər itki verdiyi bildirilir.

Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok