ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Əl Qaidə terror qruplaşmasının rəhbərlərindən birinin ölümünü təsdiqləyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Əl Qaidə pilotsuz təyyarənin avtomobilə endirdiyi zərbə nəticəsində Əbu əl-Hayr əl-Məsrinin öldüyünü təsdiq edib.
Qeyd edək ki, hadisə fevralın 26-da Suriyada baş verib. Əbu əl-Hayr əl-Məsri başçı Ayman əl-Zəvahiridən sonra “Əl Qaidə”də ikinci adam olub.
Modern.az