Qara dənizdə NATO üzvü olan ölkələrin təlimi başlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, təlimlərdə 4 NATO ölkəsi ilə yanaşı Ukrayna hərbçiləri də iştirak edir. Təlimlərə Ukrayna Hərbi Dəniz Qüvvələrinin “Qeniçesk” tral gəmisi və NATO-nun mina əleyhinə daimi gəmilər qrupu cəlb edilib.
Martın 17-də Polşa, İspaniya, Almaniya və Türkiyə hərbi gəmiləri təlimlərdə iştirak etmək üçün Odessaya gəliblər.
Qeyd edək ki, martın 20-də Rusiya Qara Dənizdə və Krımda irimiqyaslı hərbi təlimlərə başladığını elan edib.
Modern.az