Türkiyə Ali Seçki Şurası çərşənbə günü konstitusiya referendumundan appelyasiya şikayətini gözdən keçirəcək. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, CHP-nin şikayətində nəticələrin ləğv olunması təklif olunur.
“Bu gün biz referendumun nəticələrinə qarşı verilmiş apelyasiya şikayətinə baxacayıq” – deyə Ali Seçki Şurasının sədri Sadi Güvən deyib.
16 apreldə keçirilən konstitusiya referendumunda 51,4% seçici “hə” cavabı vermişdi.
Vüqar İSMAYILOV