BMT-nin baş katibi Antoniu Quterreş Suriyada baş verən son insidentdən narahat olduğunu bildirib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu fikirləri BMT-nin baş katibi başda ABŞ olmaqla koalisiya qüvvələrinin Suriya təyyarəsi vurduğundan və Rusiyanın bu hadisəyə reaksiyasından sonra deyib.
Baş katib vəziyyətin deeskalasiya olacağına ümid etdiyini bildirib.
Modern.az