BMT Təhlükəsizlik Şurası Qüdsdəki vəziyyəti müzakirə edəcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Qüdsdəki vəziyyətlə bağlı təcili iclas çağırılıb. Toplantı bazar ertəsi baş tutacaq.
Qeyd edək ki, hazırda Qüdsdə vəziyyət gərgindir. Orada üç fələstinli həlak olub, onlarla insan yaralanıb. Hər şey İsrail hökumətinin təhlükəsizlik tədbirlərini gücləndirməsindən sonra baş verib.
Modern.az