Əfqanıstanda dinc sakinlərə silahlı hücum olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Əfqanıstanın şimalında Sarı-Pul kəndində baş verib. Naməlum silahlıların kəndə hücumu nəticəsində azı 50 nəfər ölüb. Ölənlərin əksəriyyətinin dinc sakinlər olduğu bildirilir.
İnsident zamanı Əfqanıstan ordusunun 7 hərbçisi həlak olub, bir neçə silahlı məhv edilib.
Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir. Hücumun kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.
Modern.az