İraqda güclü zəlzələ olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin şərqində qeydə alınan yeraltı təkanlar 5,6 bal gücündə olub. Yeraltı təkanların episentri Kuysancaq şəhərindən şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, dağıntı və zərərçəkənlər barədə hələlik məlumat verilmir.
Modern.az