Vyetnam sahillərini bürüyən "Damri" tayfunu nəticəsində ölanlərin sayı artıb. Modern.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Məlumata görə, hadisə nəticəsində daha 4 nəfər itkin düşmüş sayılır.
Yerli hakimiyyət kiçik yaşayış məntəqələrindən 35 mindən çox sakini evakuasiya edib.
Qeyd edək ki, güclü külək Asiya-Sakit Okean iqtisadi əməkdaşlıq Təşkilatının liderlərinin sammiti keçirilməsi planlaşdırılan Dananq şəhərinə ciddi ziyan vurub.