Yəmən Səudiyyə Ərəbistanına raket zərbəsi endirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə paytaxt ər-Riyad balistik raket hücumuna məruz qalıb.
Məlumata görə, raket Səudiyyə Ərəbistanının raket əleyhinə müdafiə sistemləri ilə ər-Riyad şəhəri yaxınlığında havada zərəsizləşdirilib.
Raketin məhv edilməsi zamanı partlayış səsləri ər-Riyadın bir hissəsində eşidilib.