İranda ağır yol qəzası baş verib. Modern.az APA-ya istonadən xəbər verir ki, paytaxtdan Günbədi-Kavus şəhərinə gedən sərnişin avtobusu Mazandaran əyalətinin Savadkuh bölgəsində aşıb.
Qəza nəticəsində 10 nəfər ölüb, 19 nəfər yaralanıb. Hadisə bu gün yerli vaxtla saat 18:46 -da baş verib. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.