Modern.az

Türkmənistan prezidenti 4 naziri vəzifəsindən azad edib

Türkmənistan prezidenti 4 naziri vəzifəsindən azad edib

Dünya

10 Dekabr 2017, 17:02

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov hökumətdə kadr dəyişikliyi həyata keçirib.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Q. Berdıməhəmmədov 2017-ci ilin 11 ayının yekunlarına həsr olunmuş iclasda belə bir qərar qəbul edib.

 

Türkmənistan prezidenti işlərində yol verdikləri ciddi çatışmazlığa görə sənaye naziri Amanberdi Tuyliyev, əmək və sosial müdafiə naziri Seyidməmməd Akməmmədov, dəmiryol nəqliyyatı naziri Dəryaqulu Byaşimov və kənd və su təsərrüfatı naziri Nursaxed Sapardurdıyevi vəzifələrindən azad edib. Q. Berdıməhəmmədovun imzaladığı sərəncamla "Türkmenstandartlary" Dövlət Xidmətinin rəhbəri Kərim Durdımıradovu sənaye naziri təyin edib. Vəzifədən azad edilən digər üç nazirin vəzifəsini müvəqqəti olaraq nazir müavinləri həyata keçirirlər. 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok