Argentina prezidenti Maurisio Makri Lionel Messini Dieqo Maradonadan üstün tutub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun fikrincə, Messi daha stabil və daha çox qol vuran oyunçudur.
“Bəli, Messi. O daha çox qol vurur və oyun stabilliyi ilə seçilir.İndiki zamanda yaxşı olmaq keçmişə baxanda daha çətindir”.