Modern.az

Kiprdə prezident seçkilərinin ikinci turu başlayıb

Kiprdə prezident seçkilərinin ikinci turu başlayıb

Dünya

4 Fevral 2018, 11:29

Kiprdə prezident seçkilərinin ikinci turuna artıq start verilib.

 

Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, səsvermə yerli vaxtla saat 18.00 sona çatacaq.

 

Prezident seçkilərinin birinci turu yanvarın 28-də keçirilib. Səsvermənin nəticələrinə görə, ikinci tura 35,5% səs toplayan sağçı “DİSİ” partiyasından namizəd, ölkənin hazırki prezidenti Nikos Anastadiadis və 30,25% səs toplayan solçu “AKEL” partiyasının nümayəndəsi Stavros Malas keçib.

Seçicilərin siyahısında 551 minə yaxın 18 yaşına çatmış ölkə vətəndaşı var. Səsvermə zamanı ictimai təhlükəsizliyin təmin edilməsinə təqribən 2 min polis əməkdaşı cəlb edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir