İnternet vasitəsilə çox sürətlə yayılacağı təxmin edilən virusun bütün dünyadakı kompüter istifadəçilərini təhlükə qarşısına qoyduğu bildirilib. “Worm_Piloyd.B” adlı virusun “exe”, “html” və “asp”la genişləndirilmiş sənədlərə təsir etməsilə yanaşı, sonradan istifadəçilərin həmin sənədləri bərpa etməsinə imkan verilmədiyi də öyrənilib.
Virusun kompüterlərə internetlə “yoluxdurulduğu” bildirilir və bu təhlükənin qarşısını almaqdan ötrü kompüterlərə antivirus proqramlarının yazılma intensivliyinin artırılması tövsiyə edilir.