Modern.az

Dəhşətli silah haqqında yeni MƏLUMAT       

Dəhşətli silah haqqında yeni MƏLUMAT       

Dünya

22 May 2018, 09:31

Rusiya istehsalı olan beşinci nəsil “Xaski” sualtı gəmisinin konseptual planlaşdırılması başa çatıb. Artıq hərbi texnikanın taktik-texniki xarakteristikasının hazırlanması üzərində işlər gedir.

 

Modern.az saytının Rusiya KİV-nə istinadən məlumatına görə, bu haqda Rusiya Birləşmiş Gəmiqayırma Korporasiyasının rəhbəri Aleksey Rəhmanov bildirib.

 

O qeyd edib ki, bir neçə variant təklif edilib, lakin onlardan ən optimalı seçiləcək.

 

“İndi sualtı gəminin taktik-texniki xarakteristikalarının hazırlanması üzərində iş gedir. Lakin qalan detallar hərbi sirrdir”-deyə A.Rəhmanov söyləyib.

 

Qeyd edək ki, “Xaski” haqqında açıq mənbələrdə məlumat olduqca azdır.         

 

Məlumatlara görə, “Xaski” hipersəsli “Sirkon” qanadlı raketlərinin daşıyıcısı olacaq.  

 

“Xaski”nin 2018-2025-ci illərdə silahlanmaya daxil ediləcəyi bildirilir.           

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok