ABŞ Koreya Xalq Demokratik Respublikası ilə sammitin keçirilməsi ilə bağlı məhsuldar danışıqlar aparır.
Modern.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp öz Twitter səhifəsində yazıb.
Tramp bildirib: "Biz Şimali Koreya ilə sammitin keçirilməsi məsələsinə qayıtmaq barədə çox səmərəli danışıqlar aparırıq. Sammit yəqin ki, eyni yerdə, Sinqapurda, danışılan gündə, 12 iyun, keçiriləcək. Əgər lazım olsa, uzadılacaq".