ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Tereza Meylə telefon danışığı zamanı hirslənib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflərin sərt telefon danışığına səbəb rəsmi Londonun İranla bağlı tutduğu mövqedir.
Qeyd olunur ki, Tramp Meyi İrana qarşı sərt mövqe tutmamaqda ittiham edib və ABŞ-la Avropa arasında ticarət müqavilələrinin imzalanması zamanı Vaşinqtonun maraqlarının pozulduğunu deyib.