Modern.az

Bu ölkədə ilk  nüvə reaktoru işə salınacaq

Bu ölkədə ilk  nüvə reaktoru işə salınacaq

Dünya

21 Noyabr 2018, 22:13

2020-ci ilin əvvəlində BƏƏ-də ilk nüvə reaktoru işə salınacaq. Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə BƏƏ-nin Nüvə Tənzimlənməsi üzrə Federal Xidmətinin (FANR) başçısı Krister Vikterson məlumat verib.

O bildirib ki, gözlənildiyinə görə, BƏƏ-də ilk atom elektrik stansiyasının - “Baraka” AES-in operatoru olan “Nawah Energy” şirkəti elektrik stansiyasının istismara hazır olduğunu 2019-cu ilin sonunda elan edəcək.

 

Körfəz sahillərində, Əbu-Dabi Əmirliyində yerləşən AES ərəb dünyasında energetika sahəsində ən iri layihə sayılır. Onun tikintisinə 2012-ci ildə başlanılıb. Layihənin ümumi dəyəri 24,4 milyard dollardır. AES özündə ümumi gücü 5600 meqavat olan dörd reaktoru birləşdirir. “Baraka” AES BƏƏ-nin energetika sistemi üçün səmərəli və etibarlı enerji mənbəyi olacaq. Hesab edilir ki, “Baraka” AES BƏƏ-nin elektrik enerjisinə olan tələbatının dörddə üç hissəsini təmin edəcək. Nəticədə karbon qazı tullantılarının səviyyəsi ildə 21 milyon ton azalacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok