Modern.az

Rusiyanın Qara dəniz donanması ABŞ gəmisinə qarşı

Rusiyanın Qara dəniz donanması ABŞ gəmisinə qarşı

Dünya

20 Yanvar 2019, 00:58

ABŞ-a məxsus "Donald Kuk" gəmisi Qara dənizə daxil olub. Modern.az xəbər verir ki, bu barədə məlumatdan dərhal sonra Rusiyanın Qara dəniz donanması həmin gəminin izinə düşüb.

 

Məlumata görə, ABŞ esminesi idarə olunan raket silahı ilə təmin edilib: "Qara dəniz donanmasının "Pitlivi" hərbi gəmisi Amerika hərbi gəmilərinin hərəkətlərini birbaşa izləməyə başladı. "Donald Kuk" Qara dənizdə olduğu müddətdə onun elektron və texniki vasitələrindən istifadə ilə izlənməsi davam edəcək".

 

Qeyd edək ki, Montro konvensiyasına əsasən, sözügedən dənizin sahilində yerləşməyən ölkələrin gəmiləri 21 gündən artıq Qara dənizdə qala bilməz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək