Modern.az

Prezident nazirləri bahalı kostyumlardan imtina etməyə çağırdı

Prezident nazirləri bahalı kostyumlardan imtina etməyə çağırdı

Dünya

30 Yanvar 2019, 14:10

Qazaxıstan prezidenti Nursultan Nazarbayev nazirləri bahalı xarici kostyumlardan imtina etməyə çağırıb.

 

 Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclası zamanı deyib:

“Ölkəyə çox şey xaricdən gətirilir. "Gənclər ili"nin açılışında mənə çox keyfiyyətli yerli kostyum və ayaqqabılar nümayiş etdirdilər. Burda oturanlar hamısı milli kostyumlar geyinməlidir!”.

 

Nazarbayev yerli yüngül sənaye məhsullarının istehsalının genişlənməli olduğunu deyib.

 

Nazarbayev hökuməti qorxaqlıqda da ittiham edib.

"Bütün dünyada bankların, şirkətlərin müflis olması geniş yayılmış tendensiyadır. Bizim hökumət, nazirlər isə qorxaqdır. Sizin əliniz, diziniz əsir". 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir