Türkiyədə Fətullah Gülənin başçılıq etdiyi “FETÖ” terror təşkilatının üzvlərinə qarşı kütləvi həbslər keçirilir.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 76 vilayətdə 1112 nəfərin həbsi barədə hökm verilib.
Türkiyə hakimiyyəti Fətullah Güləni 2016-c il 15 iyul hərbi çevrilişinin əsas təşkilatçısı hesab edir. Həmin hadisələr zamanı 248 nəfər ölmüş, 2 mindən artıq insan isə yaralanmışdı.
Ölkədə fövqəladə vəziyyət 2018-ci ilin iyulunda aradan götürülmüşdü.