Ermənistanın paytaxtı Yerevanda “qanunda oğru” Ayk Sarqsyan saxlanılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 36 yaşlı Sarqsyan daha çox “Ayk Astraxanski” ləqəbi ilə tanınıb.
Onun üzərindən “Derrincer” pistoleti tapılıb. Hazırda faktla bağlı cinayət işi açılıb.