Yerevan fiqurlu konkisürmə məktəbi daha Rusiya Dövlət Dumasının deputatı, fiqurlu konkisürmə üzrə məşhur dünya və olimpiya çempionu İrina Rodninanın adını daşımayacaq.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qərar Yerervan Ağsaqqallar Şurasının iclasında “Luys” blokunun təklifi əsasında qəbul edilib.
Qərarada Ermənistan-Rusiya parlamentlərarası dostluq qrupunun sədri kimi İrina Rodninanın bu ilin 25 fevralında Bakıda Xocalı tədbirində iştirakı əsas göstərilib.
Erməni deputatları və Yerevan meriyası Rodninanın Xocalı soyqırımının anım tədbirlərdə iştirakını anti-erməni mövqe kimi dəyərləndirib və onun adını məktəbdən götürüblər.