Türkiyənin Şanlıurfa əyalətində İzol tayfasının təmsilçiləri arasında silahlı toqquşma olub.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, insident zamanı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.
Məlumata görə, hadisə əyalətin Siverek rayonunun Çeltik məhəlləsində torpaq sahəsi ilə bağlı yaranmış anlaşılmazlıq səbəbindən baş verib.
Bildirilib ki, dörd nəfər silahlı atışma, 2 nəfər isə hadisə yerindən qaçanların olduğu avtomobilin qəzaya uğraması nəticəsində ölüb.