Avropa Şurasının baş katibi Turbern Yaqland qurumun sessiyasında Fransa Senatının qondarma “erməni soyqırımı”na görə cinayət təqibi barədə qəbul etdiyi qanuna münasibət bildirməkdən imtina edib. Modern.az bildirir ki, AŞPA-dakı erməni nümayəndə heyətinin üzvü N. Zorabyanın bununla bağlı sualına Yaqland bildirib ki, “onun bu qanunla bağlı heç bir mövqeyi yoxdur”.
“Mən bu üzv-ölkələr adından Fransa Senatının bu qərarını şərh etmək istəmirəm. Norveçin baş naziri və parlament spikeri olarkən həmişə hesab etmişəm ki, tarix tarixçilərin işidir. Mən tarixi məsələlərə görə siyasi qərarların qəbuıl edilməsinin əleyhinə olmuşam. Bilirəm ki, Türkiyə tarixçilərdən ibarət komissiya yaradıb”.
Modern.az