Modern.az

30 dinc sakin girov götürülüb

30 dinc sakin girov götürülüb

Dünya

13 İyul 2019, 23:25

30 dinc sakin girov götürülüb. 

Modern.az xarici mediaya istinadən  xəbər verir ki, hadisə  Kamerunun şimal-qərb regionunda törədilib.

Məlumata görə, silahlı şəxslər Fündon və Bamenda şəhərlərini birləşdirən yolda 3 avtobusun qarşısını kəsiblər. Silahlılar avtobuslardan 30 nəfəri düşürüb, onların pasportlarını əllərindən alıb və naməlum istiqamətdə aparıblar.

Polis həmin girovlarla bağlı hələlik hər hansı bir məlumat əldə edə bilməyib. Hazırda bir neçə istiqamətdə yollarda nəzarət gücləndirilib, xüsusi axtarış qrupları yaradılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək