Modern.az

Moskvada 12 min insan etiraza qalxdı

Moskvada 12 min insan etiraza qalxdı

Dünya

20 İyul 2019, 21:09

Moskva Şəhər Dumasına qarşıdan gələn seçkilərə etiraz olaraq Rusiya paytaxtının Akademik Saxarov prospektində mitinq keçirilir.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, mitinqə 12 minə yaxın insan qatılıb. İctimai təhlükəsizliyin təmin olunması polis və Milli Qvardiya Qoşunlarına həvalə edilib.

Bundan öncə mitinq təşkilatçıları polisi iştirakçıların tədbirə qatılmasında maneə törətdiyində günahlandırıblar. Öz növbəsinə Rusiyanın Daxili İşlər Nazirliyi bu məlumatı təkzib edib və bildirib ki, mitinq iştirakçıları sadəcə meydana daxil olmamışdan öncə yoxlanılır.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ