Modern.az

Türkiyə polisi 3 min diri qurbağanı müsadirə etdi

Türkiyə polisi 3 min diri qurbağanı müsadirə etdi

Dünya

30 İyul 2019, 23:09

Türkiyənin cənub-şərqindəki Adıyaman vilayətində polis 3 min diri qurbağa müsadirə edib.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, polis yolda şübhəli avtomobili saxlayıb.

Axtarış zamanı qurbağaların olduğu kisələr aşkar edilib. Məlum olub ki, həmin şəxslər qurbağaları hotellərə satmağa hazırlaşırmış.

Hadisə ilə əlaqədar dörd nəfər saxlanılıb, onlar 600 lirə məbləğində cərimələnib. Müsadirə olunan qurbağaların təbiətə buraxılacağı deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir