Modern.az

16  talibançı  zərərsizləşdirildi

16  talibançı  zərərsizləşdirildi

Dünya

28 Sentyabr 2019, 21:42

Əfqanıstanın xüsusi xidmət orqanları prezident seçkiləri günü radikal "Taliban" qruplaşmasının onlarla döyüşçüsünü zərərsizləşdirib, daha 18 "talibançı" saxlanılıb.

Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, Kabildə və onun ətrafında 16 əməliyyat keçirilib və seçkilərin keçirilməsini pozmağa çalışan 14 "talibançı" saxlanılıb. Xüsusi xidmət orqanlarının əməkdaşları ölkənin başqa əyalətlərində keçirilən əməliyyatların gedişatında 34 döyüşçünü zərərsizləşdiriblər, daha 4 "talibançı" saxlanılıb.

Ölkədə "talib"lərə qarşı ümumilikdə 29 əməliyyat keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək