Modern.az

Hərbçilər qəzaya düşdü: 15 əsgər yaralandı

Hərbçilər qəzaya düşdü: 15 əsgər yaralandı

6 Oktyabr 2019, 00:33

Türkiyənin Şanlıurfa şəhərində əsgərləri daşıyan mikroavtobus TIR-la toqquşub.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində mikroavtobusda olan 15 əsgər yaralanıb.

Yaralı əsgərlər dərhal təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

Əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var