Moskvada İnquşeriya Muxtar Respublikası DİN-nin Ekstremizlə Mübarizə İdarəsinin rəisi İbrahim Elcarkiyevin qatilinin adı açıqlanıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İbrahim Elcarkiyev və qardaşı Əbdüləhmədin qətlində Qureyş Kartoyev (1973-cü il) şübhəli bilinir.
Şübhəlinin noybarın 5-də Moskvanın mərkəzində Elcarkiyev qardaşlarını qətlə yetirdikdən sonra Moskva-Xasavyurt avtobus reysinə mindiyi məlumdur.
Rezonanslı qətl faktı ilə bağlı prezident Putinə də məruzə olunduğu, onun cinayətkarları dərhal tapmaq barədə göstəriş verdiyi vurğulanır.